Azərbaycanda onlayn hərrac və auksionlar
Auksionline məhsulların alışı və satışı üçün onlayn auksion platformasıdır. Burada avtomobil, telefon, elektronika, ev və iş üçün məhsullar, ayaqqabı və saat elanlarına baxa bilərsiniz. Alıcılar təklif verir, satıcı isə müddət bitdikdən sonra nəticəni nəzərdən keçirir.
Hərrac və auksion sözləri bu satış formasını ifadə edir. İnternetdə “herrac” yazılışına da rast gəlinir. Auksionline dövlət hərracı platforması deyil: istifadəçilər öz məhsullarını yerləşdirirlər.
Hərracda necə iştirak etmək olar?
- Aktiv elanlara baxın və məhsulu seçin.
- Şəkilləri, təsviri, vəziyyəti, şəhəri və bitmə vaxtını yoxlayın.
- Hesabınıza daxil olun və cari qiymətdən yüksək təklif verin.
- Auksion başa çatdıqdan sonra satıcının təsdiqini və əlaqəsini gözləyin.
Hansı məhsulları tapa bilərsiniz?
Öz məhsulunuzu satışa çıxarın
Elan yerləşdirərkən real şəkilləri və aydın təsviri əlavə edin, başlanğıc qiymətini və müddəti seçin. Qüsurları, komplektliyi və istifadə vəziyyətini dəqiq qeyd edin. Elanları şəxsi kabinetdən idarə edə bilərsiniz.
Təklif vermək alışın tamamlanmasıdır?
Xeyr. Təklif auksionda iştirakdır. Satıcının təsdiqi, ödəniş və məhsulun təhvil verilməsi ayrıca mərhələlərdir. Ödəniş və təhvil qaydaları tərəflər arasında razılaşdırılır. Platforma məhsulun keyfiyyətinə və razılaşmanın yerinə yetirilməsinə zəmanət vermir.
Alışdan əvvəl nəyi yoxlamaq lazımdır?
Satıcı ilə vəziyyəti, qiyməti və təhvil verilməsini dəqiqləşdirin. Mümkün olduqda məhsulu yoxlayın. Şifrənizi və təsdiq kodlarınızı paylaşmayın. Şübhəli elan barədə dəstəyə məlumat verin.